MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Sabirabadın “Marafon” futbol klubu Azərbaycan Çempionatının Həvəskarlar Liqasının çempionu oldu

20:03 24.08.2025



Bu dəqiqələrdə Sabirabadın “Marafon” FK Azərbaycan Çempionatının Həvəskarlar Liqasının çempionu oldu. Bu münasibətlə rayon ictimaiyyətini və klubun bütün tərəfdarlarını ürəkdən təbrik edirəm.
 
Bizə yaşatdığı bu həyəcan və qürura görə Klubun Fəxri Prezidenti Vüsal Xəlilov və komandanın bütün üzvlərinə təşəkkür edirik, uğurlarının davamını arzu edirik.
 
Bir neçə aydır fəaliyyətə başlayan bir klub üçün bu çox ciddi başlanğıcdır. Növbəti hədəf Regional Liqadır. İnanırıq ki, inşallah komandamız Regional Liqanın ilk üçlüyündə təmsil olunacaq. Həmişə komandamızın yanındayıq. Futbolun İnkişafı Fondu ilə də ilkin təmaslara başlamışıq, Milli Məclisdə görüş keçirmişik. Ümid edirik ki, qarşıya qoyduğumuz arzulara birgə cəhdlərlə çatacağıq.