SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
Sabirabad rayonunun Quruzma kəndində yeni orta məktəbin tikintisi başlayıb
Sabirabadda ilk səfər etdiyim məktəblərdən biri də Quruzma kənd 528 şagird yerlik tam orta məktəbi idi. Məktəbin vəziyyəti tam təmirsiz idi, qəzalı vəziyyətdə idi. Bu barədə Elm və Təhsil Nazirliyinə deputat sorğusu ünvanlamışdıq.
Böyük məmnuniyyət hissi ilə bildirmək istəyirəm ki, Azərbaycan Prezidenti Cənab İlham Əliyev tərəfindən təsdiqlənən illik investisiya planı çərçivəsində iki korpuslu 528 şagird yerlik yeni Quruzma orta məktəbi tikilməyə başlayıb və təmir işlərinin car ilin avqust ayında bitməsi nəzərdə tutulur.
Bu gün məktəb direktoru və müvafiq məsul şəxslə tikinti işlərinə baxış keçirdik. Məktəbin həyətindəki hər bir uşaq və müəllimin, hər kəsin üzündə təbəssüm var idi. Hər kəs, o cümlədən mən də Cənab Prezident İlham Əliyevə təşəkkür edirik.
Hər birimiz üçün uğurlu xeyirli olsun.