MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Sabirabad rayon mərkəzi stadionu təlim-məşq prosesləri üçün tam uyğun vəziyyətə gətirilib

09:58 28.06.2025



Hazırda Sabirabad rayonunda futbolun inkişafı üçün daha geniş imkanlar yaradılıb. Rayon mərkəzi stadionu təlim-məşq prosesləri üçün tam uyğun vəziyyətə gətirilib. Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun və rayon ictimaiyyətinin dəstəyi ilə uşaq futbolunun inkişafına xüsusi diqqət yetirilir.
 
Dünən Sabirabadda yeni yaradılmış “Marafon” futbol klubunun fəaliyyəti ilə tanış oldum. Klubun fəxri prezidenti, dostum Vüsal Xəlilov son aylarda görülən işlər barədə məlumat verdi və qarşılaşdıqları çətinlikləri də bölüşdü. Vüsala təşəkkür edirəm ki, həm stadionun saz vəziyyətdə saxlanılmasına, həm də futbolun inkişafına xüsusi diqqət və dəstək göstərir.
 
Stadionda 100-ə yaxın uşaq böyük həvəslə məşq edirdi. Futbolun inkişafı üçün bu uşaqların dəstəyə və diqqətə ehtiyacı var. Onların həvəsini və əzmini qorumaq üçün futbol ailəmizlə birlikdə çalışmaqda davam etməliyik.