SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
Milli Məclisin Almaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu Almaniya Bundestaqında bir sıra görüşlər keçirdi
Milli Məclisin Almaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu Almaniya Bundestaqının Cənubi Qafqaz ölkələri ilə əlaqələr üzrə parlament dostluq qrupunun rəhbəri Mirze Edisin dəvəti ilə keçirilən səfər çərçivəsində aprelin 21-də Almaniya Bundestaqında bir sıra görüşlər keçirib.
Əvvəlcə Əsas Dəyərlər və Beynəlxalq Anlayış Fondunda görüş keçən nümayəndə heyəti daha sonra Bundestaqın Almaniya-Cənubi Qafqaz parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mirze Edis və qrupun üzvləri ilə görüşüblər. Söhbət zamanı Azərbaycan ilə Almaniya arasında parlamentlərarası əlaqələrin mövcud vəziyyəti, əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonra Bundestaq sədrinin müavini Omid Nouripour və Almaniya Kansler Aparatının Mərkəzi, Şərqi və Cənub-Şərqi Avropa, eləcə də Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri ilə ikitərəfli münasibətlər şöbəsinin rəhbəri Tim Pranqe ilə görüşlər keçirilib.
Səfər münasibətilə Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən tədbir keçirilib.
“Azərbaycan-Almaniya Dostluq Ziyafəti” başlığı altında keçirilən tədbirdə Bundestaq üzvləri, müxtəlif dövlət qurumlarının rəsmiləri, jurnalistlər, elm və mədəniyyət xadimləri və diaspor üzvləri iştirak edib.