MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Belçikanın Azərbaycandakı səfiri Jülyenin təşəbbüsü ilə görüş keçirildi

12:49 31.07.2026



Bu gün Belçikanın Azərbaycandakı səfiri Jülyenin təşəbbüsü ilə kofe görüşümüz oldu. Görüşdə son 1 il ərzində Azərbaycan-Belçika hökumətləri səviyyəsində aparılan işlərin dinamikası, Belçikanın parlamenti tərəfindən Azərbaycan və Ermənistan arasında aparılan sülh gündəliyi ilə bağlı qəbul edilmiş qərəzli qətnamə, gələcəkdə hər iki ölkənin parlamentləri arasında münasibətlərin inkişaf perspektivləri, o cümlədən müxtəlif məsələlərlə bağlı məhsuldar müzakirələr aparıldı. Cənab səfir qeyd etdi ki, o yaxşı padel oynayır. Qərara aldıq ki, növbəti görüşlərdən birini padel meydançasında edək.