MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Kamal Cəfərov IDC-CDI İcra Komitəsinin iclası və Baş Assambleyasınnda iştirak etmək məqsədilə Kot d’İvuar Respublikasının Abidcan şəhərində səfərdə olub

11:18 03.06.2025



Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Kamal Cəfərov Mərkəzçi Demokrat İnternasionalı (IDC-CDI) İcra Komitəsinin iclası və Baş Assambleyasınnda iştirak etmək məqsədilə 29-31 may tarixlərində Kot d’İvuar Respublikasının Abidcan şəhərində səfərdə olub.

Mayın 30-da keçirilən İcra Komitəsinin iclasında tədbirə ev sahibliyi edən Kot d’İvuarın iqtidar partiyası Demokratiya və Sülh Naminə Ufuetçitlər İttifaqının üzvü, Senatın prezidenti xanım Kandia Kamara qonaqları salamlayaraq 100-dən artıq siyasi partiyanı təmsil edən IDC-CDI tədbirinin ölkəsində keçirilməsindən məmnunluğunu bildirdi.

Daha sonra IDC-CDI-ın prezidenti Andres Pastrana və baş katib Antonio Lopez-İsturiz çıxış edərək qurumun 2024-cü il noyabrın 18-də Kambocanın Siemreap şəhərində keçirilmiş son İcra Komitəsi iclasından sonrakı fəaliyyətinə nəzər salıblar. İclas təşkilati məsələlərin müzakirəsi ilə davam etdirildi.