SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
Beynəlxalq Ədalət Məhkəməsinin Azərbaycanla bağlı sonuncu qərarlarının şərhi

Bu gün plenar iclasda Beynəlxalq Ədalət Məhkəməsinin Azərbaycanla bağlı sonuncu qərarları şərh etdim. Məhkəmə qərarları haqlı mövqeyimizi müdafiə etmək üçün beynəlxalq hüquq baxımından mühüm istinad nöqtəsi olacaq.
Məhkəmə qərarında Ermənistan tərəfi 2021-ci ildə istehsal etdiyi minaları Laçında basdırdığını təkzib edə bilməmişdir.
Məhkəmə qərarının 21-ci bəndində göründüyü kimi, Ermənistan tərəfi Laçında bubi tələlələrinin öz hərbi birləşmələri tərəfindən basdırılmadığını sübut etməyə çalışsa da, həmin tələlərin faktiki olaraq Laçında qanunsuz məskunlaşmış mülki ermənilər tərəfindən 2021-2022-ci illərdə basdırıldığını etiraf edib.
Ermənistanın iki vəsatəti tam rədd edilib.
Məhkəmə qərarı Azərbaycanın Laçın dəhlizində sərnişin və yüklərə nəzarət etməsinə maneə olmur, əksinə beynəlxalq sənədlərdə gömrük və pasport nəzarəti beynəlxalq mexanizmlər çərçivəsində “maneə” deyil, BMT-nin bütün üzvləri tərəfindən geniş şəkildə qəbul edilmiş mexanizmlərdir.