SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
"Azərbaycan regional liderliyini real strateji addımlarla təsdiqləyir və bu xətt dəyişməz olaraq qalacaq" - Kamal Cəfərov
Müasir beynəlxalq münasibətlər sistemində ənənəvi əməkdaşlıq mexanizmlərinin effektivliyini itirməsi fonunda regionumuzda tamamilə yeni və dayanıqlı tərəfdaşlıq modeli formalaşır. Azərbaycan bu gün regionun gələcək mənzərəsini müəyyən edən, öz milli ləyaqətini və suveren prioritetlərini hər cür kənar təzyiqlərdən üstün tutan müstəqil güc mərkəzidir. Bakıda keçirilən son ali səviyyəli diplomatik görüşlər də göstərir ki, Avrasiya coğrafiyasında güc balansı köklü şəkildə dəyişir.
Milli Məclisin deputatı Kamal Cəfərov qeyd edib ki, Türk Dövlətləri Təşkilatının inkişaf dinamikası daxili resurslara və qarşılıqlı etimada söykənən unikal təhlükəsizlik modelidir:
“Dünyada geosiyasi qarşıdurmaların dərinləşdiyi bir vaxtda bizim regionumuzun xarici risklərdən qorunması birbaşa bu birliyin institusional gücündən asılıdır. İkiqütblü və ya çoxqütblü dünya nizamı iddialarının iflasa uğradığı hazırkı dövrdə suveren dövlətlərin bərabərhüquqlu tərəfdaşlığına əsaslanan bu formatın faktiki olaraq oxşarı yoxdur. Ticarət zəncirlərinin və logistik marşrutların yenidən bölüşdürüldüyü müasir mərhələdə Azərbaycanın mərkəzi mövqeyi ölkəmizin gələcək onilliklərdəki iqtisadi və siyasi sabitliyinin əsas zəmanətinə çevrilir. Bu, gələcək nəsillər üçün formalaşdırılan strateji təhlükəsizlik ehtiyatıdır”.
Deputat vurğulayıb ki, qanunvericilik və cəmiyyət müstəvisində əsas hədəf bu üstünlükləri uzunmüddətli dövlətçilik ənənəsinə çevirməkdir:
“İctimai həmrəyliyin və dövlət-xalq birliyinin sarsılmazlığı istənilən xarici siyasi təzyiq vasitəsini təsirsizləşdirən əsas amildir. Bu gün qarşımızda duran başlıca vəzifə cəmiyyətin analitik təfəkkürünü və milli müqavimət gücünü artırmaq, dövlətimizin iqtisadi və siyasi uğurlarını hüquqi müstəvidə daha da möhkəmləndirməkdir. Parlament diplomatiyası və sosial platformalar vasitəsilə cəmiyyətimizin unifikasiyasını, gələcək hədəflərə doğru vahid mövqedən çıxış etməsini təmin etməliyik. Azərbaycan regional liderliyini real strateji addımlarla təsdiqləyir və bu xətt dəyişməz olaraq qalacaq”.