SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
Azərbaycan nümayəndə heyəti Türkiyədə iqlim siyasəti üzrə müzakirələrdə iştirak edib
Azərbaycan nümayəndə heyəti Türkiyədə iqlim siyasəti üzrə müzakirələrdə iştirak edib.
Bildiyiniz kimi, 5 illik müzakirə və hazırlıqlardan sonra Türkiyə Böyük Millət Məclisi cari ilin iyul ayında “İqlim dəyişikliyi” haqqında qanunu qəbul edib.
Bu təcrübəni öyrənmək üçün həmkarım Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Azərbaycan Respublikasının Prezident Administrasiyası, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri ilə birgə Türkiyə Respublikasının Ankara şəhərinə səfər etdik.
Səfər Türkiyə Respublikasının Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi tərəfindən təşkil olunub və iqlim qanunvericiliyi sahəsində Türkiyə təcrübəsinin öyrənilməsi məqsədi daşıyıb.
Səfər çərçivəsində nazirlik tərəfindən istixana qazı emissiyalarının izlənməsi, hesabatlılıq və yoxlama sistemi (MRV), Emissiya Ticarət Sistemi (ETS), yaşıl taksonomiya, iqlim maliyyələşməsi, Yerli İqlim Dəyişikliyi Fəaliyyət Planları (YİDEP) və iqlim dəyişikliyinə uyğunlaşma siyasətləri mövzularında təqdimatlar keçirilib.
Görüşlər zamanı İqlim Qanununun müvafiq maddələri üzrə təcrübə və fikir mübadiləsi aparılıb, Azərbaycan nümayəndə heyəti tərəfindən ölkəmizin iqlim dəyişiklikləri ilə bağlı atdığı addımlar, karbon qiymətqoyma təşəbbüsləri və davamlı inkişaf siyasəti barədə məlumat verilib.