SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
"Azyaşlının ölümü MM-də müzakirə olundu" - plenar iclasda çıxış

Bu gün Milli Məclisin plenar iclasında Sumqayıtda idman məktəbində məşqçinin 7 yaşlı Fəridə qarşı törətdiyi vəhşilik barədə danışdım, aidiyyəti qurumlara və uşaqlara çağırış etdim:
Dünən Sumqayıt idman məktəbində məşqçinin 7 yaşlı Fəridə qarşı törətdiyi vəhşiliyi, amansızlığı yəqin bir biriniz izlədiniz. Görüntülərdən açıq-aşkar aydın olur ki, Mehman Xəlilov təkcə Fərid Bakarova qarşı yox, məşqdə iştirak edən digər azyaşlı uşaqlara da xüsusi qəddarlıqla davranıb. Onları saçından, başından, qulağından tutaraq ayağa, havaya qaldırır.
Hesab edirəm ki, bu məsələyə xüsusi yanaşmanın göstərilməsi mühümdür. Gənclər və İdman Nazirliyi, Olimpiya Komitəsi və Federasiyalara təcili müzakirələrə başlamalı, regionlarda fəaliyyət göstərən idman müəllimləri ilə rüblük profilaktik söhbətlər etməli, onlar üçün xüsusi davranış qaydaları hazırlamalıdır. Eyni zamanda bütün idman zallarında kamerların quraşdırılması məcburi olmalıdır. Burada nüzümü uşaqlara tutaraq demək istəyirəm ki, siz də məşq zamanı pis rəftarla üzləşsəniz, mütləq 102-yə zəng edin, polisə məlumat verin.