SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
Vasitəçisiz diplomatiya və tarixi ədalətin bərpası
Forumun ən diqqətçəkən məqamlarından biri Azərbaycanın sülh prosesindəki yeni yanaşması - ikitərəfli formatın uğuru oldu. Prezident İlham Əliyev açıq şəkildə bəyan etdi ki, 28 illik "fəlakətli" vasitəçilik missiyası olan Minsk qrupundan imtina edilməsi sülhə gedən yolu açdı. Dövlət başçısının qeyd etdiyi kimi: “Biz qərara gəldik ki, bu dırnaqarası vasitəçilikdən qurtulmalıyıq və ikitərəfli formatda – heç bir üçüncü tərəf olmadan fəaliyyətə başlayan kimi sülhə nail olduq”. Bu, Azərbaycanın beynəlxalq hüquqa söykənərək öz taleyini özünün həll etmək qüdrətini göstərir.
Kamal Cəfərov vurğulayır ki, bu uğur Azərbaycan diplomatiyasının müstəqil və prinsipial xarakterinin göstəricisidir. Biz artıq beynəlxalq iştirakçıların selektiv yanaşmalarından əziyyət çəkən tərəf deyilik, real nəticə əldə edən tərəfik. AXC-Müsavat hakimiyyəti dövründə xarici siyasətin emosiyalar və kənar təlimatlar üzərində qurulması nəticəsində Azərbaycanın maraqları hər addımda tapdalanırdı. O dövrün "küçə diplomatiyası" ölkəni beynəlxalq təcridə və ərazi itkilərinə sürüklədiyi halda, bugünkü rasional və qətiyyətli siyasət Ermənistanı sülh sazişini imzalamağa və birgə bəyanatları qəbul etməyə məcbur edib. Kamal Cəfərovun qənaətinə görə, bu təcrübə münaqişələrdən əziyyət çəkən digər xalqlar üçün də bir örnəkdir.