MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasimi keçirildi

09:21 10.08.2022



Dünən Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasimi keçirildi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak etdilər.
Azərbaycanı İslamiadada 281 idmançı təmsil edir. Açılış mərasimində Azərbaycanın üçrəngli bayrağını atlet Nazim Babayev və voleybolçu Ayşən Abduləzimova apardılar.
Cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ayağa qalxaraq Azərbaycan bayrağı ilə komandamızın üzvlərini salamladılar.
Daha sonra isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan V İslam Həmrəyliyi Oyunlarını açıq elan etdi.