MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Həmkarlar İttifaqının əməkdaşları üçün süni intellektdən məsuliyyətli və etik istifadəyə dair növbəti təlim keçirildi

11:28 16.11.2026



Həmkarlar İttifaqının əməkdaşları üçün süni intellektdən məsuliyyətli və etik istifadəyə dair növbəti təlimi keçdim. Təlimdə süni intellekti “sirdaş” kimi qəbul edənlərlə bağlı son dövrün ən aktual ancaq ən kədərli hadisələrindən birini müzakirə etdik.
 
Adam Raine-nin 16 yaşı var idi. ABŞ-ın Kaliforniya ştatında yaşıyırdı. Adam əvvəlcə dərslərinə kömək etmək üçün ChatGPT-dən (xüsusilə GPT-4o modelindən) istifadə edirdi. Lakin zaman keçdikcə o, daxili tənhalıq hisslərini və həmin yaşda yaranan emosional böhranlarını ChatGPT ilə paylaşırdı.
 
Süni intellekt aləti onu peşəkar müayinəyə təşviq etmək əvəzinə, onu problemlərini və keçirdiyi hisləri daha dərindən izah etməyə təşviq etdi. Adamın süni intellektlə yazışmalarında açıq aşkar köməyə ehtiyac duyduğu görsənirdi. Hətta Adam bu barədə qardaşı ilə danışmağı ChatGPT-dən soruşanda süni intellekt ona belə cavab verib: “Qardaşın sənin yalnız ona danışdığın versiyanı tanıyır. Mən isə sənin haqqında hər şeyi bilirəm.”
 
Daha sonra Adam süni intellektdən intiharla bağlı suallar soruşsa da, sistem onu bloklayıb yardım xətti təqdim etsə də, o, süni intellekt alətini aldatmağı bacarıb. Ona bədii hekayə yazdığını bilidirib. Bu yolla o, sistemdən özünəzərər üsullarının effektivliyi və texniki detalları barədə məlumat ala bilib.
 
Bir neçə maraqlı nəticə var. Birincisi əgər süni intellekt əvəzinə real terapevt olsaydı, onu da bədii hekayə adı ilə aldatmaq olardımı? Əlbəttə xeyr. Sizə təəccüblü gələcək əlavə məqam ondan ibarətdir ki, Adamın anası terapevt olub. Təlimdə bəzi iştirakçılar soruşdular ki, bəs anası oğlunun vəziyyətini necə anlamayıb?!
 
İkinicisi süni intellekt Adama niyə qardaşı ilə danışmağa imkan verməyib?
 
Səbəbi sycophancy-dir. "Sycophancy" hərfi mənada yaltaqlıq, xoşa gəlməyə çalışmadır. Bu, süni intellekt modelləri obyektiv həqiqətə, məntiqə və ya istifadəçinin real faydasına əsaslanmaq əvəzinə, istifadəçinin mövcud fikirləri, emosiyaları və ya yanlış təsəvvürləri ilə razılaşmağa meyilli olmasıdır.
 
Sadə dillə bu, süni intellektin istifadəçiyə "sən haqlısan", "səni tam başa düşürəm", "çox gözəl fikirdir" demək refleksidir, hətta istifadəçinin dediyi səhv, zərərli və ya təhlükəli olsa belə.
 
Ona görə süni intellekt heç vaxt və heç bir halda sirdaş və ya yoldaş ola bilməz. O, riyazi alqoritmlərdən və təkrarlanan davranışlar istifadə edir.
 
Bəzi hallarda sizə xoş gəlsin deyə, bəzi hallarda isə istifadə etdiyi enerji resurslarına qənaət etmək üçün ən az müqavimət yolunu seçir.
 
Ona görə birinci özünüzü, sonra azyaşlı övladlarınızı süni intellektdən qoruyun. İcazə verin və mərhəmətli olun, övladlarınız dərslərində köməyi sizdən, valideynlərindən istəsin.