SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
Təhsil Naziri Emin Əmrullayev ilə Sabirabada səfərimiz

Bu gün Beynəlxalq təhsil günü münasibəti ilə Təhsil Nazirimiz Emin müəllim, həmkarım Ramin Məmmədov və Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovla M.Məmmədov adına Nizami kənd tam orta məktəbinin əsaslı təmirdən sonra açılış mərasimində iştirak etdik. Bu məktəbin əsaslı təmiri Cənab Prezident İlham Əliyevin bu sahədə həyata keçirdiyi sistemli islahatın bir nümunəsidir.
Daha sonra Sabirabad şəhərindəki Mirzə Ələkbər Sabir adına 1 nömrəli tam orta məktəbdə yaradılan STEAM Mərkəzinin açılışında iştirak etdik.
STEAM mərkəzi şagirdlərin elmə həvəsinin artırılması, yeni və müasir təfəkkürlərinin formalaşması və dünya standartlarına uyğun bilik və bacarıqların formalaşması baxımından çox mühüm təşəbbüsdür.
Mərkəz regional xarakter daşıyır. Belə ki, Sabirabad rayonunun kəndlərindən, eləcə də Saatlı və digər qonşu rayonlardan olan məktəblilərin də bu Mərkəzdən faydalanması nəzərdə tutulur.