MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

“Süni intellektdən etik və məsuliyyətli istifadə”yə dair növbəti təlim keçirildi

14:35 08.09.2026



İqtisadiyyat Nazirliyinin Aparatı, Vergi Xidməti, Əmlak Məsələləri Dövlət Xidməti, KOBİA və 4-cü Sənaye Mərkəzinin əməkdaşlarına “Süni intellektdən etik və məsuliyyətli istifadə”yə dair təlim keçirilib.
 
Təlimin əsas məqsədi əməkdaşların süni intellekt texnologiyalarından təhlükəsiz, səmərəli və məsuliyyətli istifadə üzrə bilik və bacarıqlarını artırmaq olub. Sessiyalar zamanı süni intellektin tətbiq sahələri, məxfilik siyasəti, istifadə şərtləri, fərdi məlumatların qorunması və informasiya təhlükəsizliyi ilə bağlı məqamlar diqqətə çatdırılıb.
 
Süni intellektdən xidməti məqsədlər üçün istifadə zamanı milli qanunvericiliyinin tələbləri ilə nə qədər tanışsınız?