MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Təhlükəsizlik və suverenlik güclü dövlət konseptinin əsas sütunudur

15:12 13.03.2026



Prezident İlham Əliyevin XIII Qlobal Bakı Forumundakı çıxışında qeyd etdiyi kimi, müasir dünyada hər bir ölkə üçün təhlükəsizlik və müdafiə məsələləri mütləq prioritetə çevrilməlidir. Dövlət başçısı xüsusi olaraq vurğuladı ki, təhlükəsizlik və sabitlik olmadan digər bütün məsələlər öz əhəmiyyətini itirir. Azərbaycanın 30 illik işğala son qoyaraq öz ərazi bütövlüyünü BMT Nizamnaməsi çərçivəsində, öz gücü hesabına bərpa etməsi dünya miqyasında nadir bir təcrübədir.

Millət vəkili Kamal Cəfərovun fikrincə, bu strateji yanaşma dövlətin varlığı üçün güclü ordunun və sarsılmaz siyasi iradənin nə dərəcədə həlledici olduğunu sübut edir. Bu gün Azərbaycanın diktə etdiyi sülh gündəliyi onilliklər boyu davam edən qeyri-müəyyənliyə son qoyub. Bu mütəşəkkil dövlətçilik xətti 1990-cı illərin əvvəllərindəki AXC-Müsavat dövrünün  idarəolunmazlığı və milli maraqların kənar güclərin oyuncağına çevrildiyi acınacaqlı mənzərə ilə kəskin təzad təşkil edir. O dövrün səriştəsizliyi ölkəni parçalanma həddinə çatdırdığı halda, bugünkü liderlik Azərbaycanı regionun təhlükəsizlik qarantına çevirib. Kamal Cəfərov hesab edir ki, suverenliyin bərpası həm də xalqın özünəinamının və milli ləyaqətinin qaytarılması deməkdir.