SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
TƏBİB-in yeni rəhbəri Vüqar müəllimlə görüş keçirildi

Bu gün TƏBİB-in yeni rəhbəri Vüqar müəllimlə görüşdüm. Sabirabadın səhiyyəsi ilə bağlı seçicilərimi narahat edən bir neçə məsələni müzakirə etdik. İlkin olaraq Vüqar müəllimə səhiyyə sistemində çalışan şəhid anasının iş yerinin onun evinə yaxın yerə dəyişdirilməsinə verəcəyi dəstəyə görə təşəkkür edirəm. İkincisi danışığımıza əsasən gələn ilin yanvar ayında Sabirabad mərkəzi xəstəxanasına 2 yeni ambulansın verilməsi nəzərdə tutulur. Yekun olaraq, Sabirabad rayon sakinlərinin covid test nəticələrinin daha tez çıxması üçün müvafiq işin aparıldığını, yaxın zamanlarda hətta 8-10 saat ərzində vətəndaşlara təqdim ediləcəyini bildirdi.
Vüqar müəllimə və kollektivinə uğurlar arzu edirəm.