MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Milli Məclisdə qaz təminatında təhlükəsizliyin təmin edilməsi ilə bağlı populist suallara cavablar

12:00 25.02.2022



Milli Məclisdə ən çox populist çıxışlar cərimələrlə bağlı olur. Bu dəfəki çıxışlar isə qaz qurğularına (tüstü bacaları, havalandırma xətləri və s.) texniki xidmət qaydaların pozulmasına görə cərimələrin müəyyən edilməsi zamanı oldu. Həmkarlarıma cavablarımı sizlərə də təqdim edirəm. Eyni zamanda bundan əvvəl bu məsələ ilə bağlı paylaşımımdakı iradlarınızlarla bağlı fikirlərimi də təqdim edirəm. İnanıram ki, bu məsələdə mövqeyimiz üst-üstə düşəcək.
 
2015-2021-ci ildə 2240 dəm qazından zəhərlənmə, qaz sızması və qaz partlayışı hadisələri qeydə alınıb, bu müddət ərzində 593 şəxs vəfat edib. Sonuncu dəfə Qusar rayonunda 1 ailənin dəm qazından ölməsi hamımızın yadındadır.
 
Ümumilikdə isə bu cür hadisələrin əsas səbəblərindən biri də MTK-lar və vəzifəli şəxslərdir. Misal üçün keçmişdə inşa edilmiş hündürmərtəbəli yaşayış binalarındakı mənzillərin xeyli hissəsinin xüsusi siqnalizasiya vasitələri təmin edilməyib. Bu binalarda qaz təminatı təhlükəsizliyi ilə bağlı məsul müvafiq strukturlar yaradılmayıb. Bəzi hallarda bu sahəyə nəzarət edən dövlət orqanlarının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətlərini lazımi qaydada həyata keçirməyib. Məhz buna görə də hüquqi şəxslər üçün yeni cərimənin müəyyən edilməsi təklif edilir. Digər tərəfdən vəzifəli şəxslər üçün cərimələrin artırılması təklif edilir.
 
Eyni zamanda istehlakçıları da daha məsuliyyətli etmək üçün mövcud cərimənin 100 manatdan 200-400 manat arası cərimə ilə əvəzlənməsi təklif edilir. Çünki heç kim məsuliyyətsizliyinə görə kiminsə övladı həlak olmamalıdır. Hətta valideynlərin məsuliyyəsizliyin də heç bir körpə və ya uşaq həlak olmamalıdır.
Bu məsələ ilə bağlı 1-ci dezo informasiya ondan ibarətdir ki, vətəndaşları kütləvi cərimələk istəyirlər. Bu tamamilə yalnışdır, çünki bu maddənin əsas hədəfi qaz təhcizatını həyata keçirən podratçı şirkətlər və aidiyyəti dövlət qurumlarıdır. Yoxlanış keçirsinlər, problemləri qabacaqdan müəyyənləşdirsinlər, hadisə olandan sonra yox.
 
İkinci dezo informasiya bu maddənin dəm qazı qurğularına qarşı olması ilə bağlıdır. Bu da tamamilə yalnışdır. Dəm qazından istifadə qadağan edilmir. Sadəcə dəm qazının qurğuları və istismar qaydaları düzgün təmin edilməlidir ki, heç kimin ailəsi zərər görməsin.
Burada da proses belə olur. Müvafiq struktur 5 iş günü əvvəldən məlumat verməklə baxış keçirir, hər hansı çatışmazlıq aşkar edərsə, 1 ay müddətində istehlakçıya həmin çatışmazlığı aradan qaldırmaq üçün vaxt verir. Əgər istehlakçı bu müddət ərzində həmin çatışmazlığı aradan qaldırmasa, onun üçün də inzibati məsuliyyət olmalıdır. Bütün bu proses də məhz vətəndaşların həyatına təhlükə yaradan halların qarşısını almaqdır.