MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

“Dövlət xidmətləri haqqında” qanun layihəsi müzakirə edilib

19:21 10.10.2025



“Dövlət xidmətləri haqqında” qanun layihəsi Azərbaycan dövlətinin öz vətəndaşı ilə münasibətlərinin fəlsəfəsini yeniləyən, idarəçiliyi modernləşdirən və dövlət xidmətləri sahəsində yeni keyfiyyət standartı yaradan “ASAN Xidmət” modeli əsasında hazırlanıb, layihənin əsas məqsədi də məhz bu meyarlar əsasında göstərilən xidmətləri tənzimləyən normativ aktları vahid normativ hüquqi akt çərçivəsində tənzimləməkdir.

Layihənin mərkəzində "xidmət istifadəçisi" yəni vətəndaş dayanır. Qanun “dövlət xidmətlərinin istifadəçiyönümlü təşkili, operativ və ünvanlı göstərilməsi” prinsipini bəyan edir. Ən əsası isə "innovativ üsulların, həllərin və rəqəmsal texnologiyaların tətbiqinə üstünlük verilməsi" prinsipini təsbit edir.