MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Milli Məclisdə hakimliyə namizədlərlə görüş keçirilib

10:49 02.10.2025



Oktyabrın 1-də Milli Məclisdə hakimliyə namizədlərlə görüş keçirilib.

Tədbir iştirakçılarını salamlayan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli hakim kadrların yüksək nəzəri bilik və peşə hazırlığından söz açıb. O, Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatlarına toxunaraq hakimlərin fəaliyyətində qanunçuluğa, insan hüquqlarının qorunmasına, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına dönmədən əməl olunması ilə bağlı düşüncələrini söyləyib.