MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Enerji təhlükəsizliyi və yeni nəqliyyat marşrutları

15:52 13.03.2026



Azərbaycanın iqtisadi qüdrəti və logistik imkanları artıq qlobal enerji təhlükəsizliyinin ayrılmaz hissəsidir. Prezident İlham Əliyev Forumda Azərbaycanın etibarlı tərəfdaş kimi rolunu xüsusi qeyd edərək bildirdi ki, ölkəmiz Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzrə əvəzolunmaz tərəfdaşdır. Hazırda Ermənistanla sülhün əldə edilməsindən sonra Orta Dəhlizin Ermənistan ərazisindən keçəcək yol üzərində işlər gedir. Prezidentin qeyd etdiyi kimi, bu, Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı nəqliyyat, enerji və kommunikasiya xətləri ilə birləşdirəcək və hamı üçün qarşılıqlı uduşlu vəziyyət yaradacaq.

Kamal Cəfərovun mövqeyinə görə, bu layihələr Azərbaycanın qlobal logistik qovşaq olduğunu təsdiqləyir. Ölkəmiz neft və  qazdan əldə etdiyi gəlirləri infrastrukturun modernləşdirilməsinə yatıraraq gələcək onilliklər üçün dayanıqlı inkişaf modelini formalaşdırıb. Boru kəmərləri vasitəsilə qaz ixracatçısı kimi ölkələrin coğrafi əhatəsinə görə Azərbaycanın dünyada birinci yerdə olması dövlətimizin iqtisadi diplomatiyasının zirvəsidir. Kamal Cəfərov hesab edir ki, bu strateji xətt regionun simasını dəyişməklə yanaşı, Azərbaycanın dünya iqtisadiyyatındakı vazkeçilməzliyini daha da möhkəmləndirir.