MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Cənubi Qafqazda daimi sülhün Azərbaycan modeli

16:13 12.03.2026



Prezident İlham Əliyevlə Antonio Koştanın Bakıdakı bəyanatları Azərbaycanın regionda sülhün əsas memarı olduğunu bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Dövlət başçısı Ermənistanla münasibətlərdə əldə olunan irəliləyişlərin sadəcə kağız üzərində qalmadığını, real müstəvidə baş verdiyini bildirib: “Sülhə təkcə iki ölkənin parafladığı sənəd üzərində deyil, həmçinin əyani şəkildə nail oluruq”.

Millət vəkili Kamal Cəfərovun qənaətincə, rəsmi Bakının Ermənistana neft məhsullarının təchizatına başlaması və tranzit məhdudiyyətlərini aradan qaldırması dövlətimizin humanistliyini və bölgədə iqtisadi inteqrasiyaya verdiyi önəmi göstərir. Prezidentin vurğuladığı kimi, sülhü müharibənin ağrılarını yaşayan xalqlar daha çox dəyərləndirir və bu sadiqlik dövlətlərin barışığına dəlalət edən ən yaxşı göstəricidir.

Bu proses həm də onu nümayiş etdirir ki, Azərbaycanın xarici siyasət kursu konkret nəticələrə və regionun gələcək inkişafına hesablanıb. Kamal Cəfərovun fikrincə, Orta Dəhlizin genişlənməsi və sülh şəraitinin yaratdığı yeni imkanlar Azərbaycanın beynəlxalq logistika qovşağı kimi mövqeyini daha da gücləndirir. Bu bütün Avrasiya məkanı üçün yeni bir sabitlik və tərəqqi dövrünün başlanğıcıdır.