MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Bakıda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyası keçirilir

09:22 24.06.2026



Azərbaycan Respublikası Milli Məclisinin ev sahibliyi ilə Bakıda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyası keçirilir.
 
Tədbir zamanı Hüquqi və Mədəni Məsələlər, Sivilizasiyalar və Dinlər Dialoqu üzrə İxtisaslaşmış Daimi Komitənin 12-ci iclasına sədrlik etdim.
 
Komitədə İslam mədəni irsinin və dini təsisatların mühafizəsi, islamofobiya ilə mübarizə, sivilizasiyalararası dialoqun genişləndirilməsi və  digər məsələlər müzakirə olunub. Komitə üzvləri bu məsələlər üzrə birgə fəaliyyətin əhəmiyyətini vurğulayıblar, İslam dünyasının ortaq maraqlarının müdafiəsi və mədəni-dini dəyərlərin qorunması istiqamətində əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini qeyd ediblər.