SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
“Azərbaycanın Avropa İttifaqı ölkələri ilə yaratdığı davamlı münasibətlərin əsasını qarşılıqlı ticarət dövriyyəsi təşkil edir” – Kamal Cəfərov
Çex Respublikasının Baş naziri Andrey Babişin ölkəmizə rəsmi səfəri Azərbaycanın Avropa məkanındakı diplomatik uğurlarının növbəti təsdiqidir. Ölkələrimiz arasında formalaşan "çox fəal siyasi dialoq" konkret iqtisadi və siyasi nəticələrlə xarakterizə olunur. Görüş ikitərəfli əlaqələrin dinamik inkişafını göstərir, həmçinin Azərbaycan və Çexiya arasındakı münasibətlərin ortaq maraqlara əsaslandığını nümayiş etdirir.
Milli Məclisin deputatı Kamal Cəfərov bildirib ki, bu səfər enerji təhlükəsizliyi və qeyri-neft sektoru üzrə yeni perspektivlər formalaşdırır:
“Azərbaycan və Çexiya arasındakı yüksək səviyyəli siyasi dialoq iqtisadi-ticarət əlaqələrinin keyfiyyətcə yeni mərhələyə keçməsinə təkan verir. Ticarət dövriyyəmizin 800 milyon dolları ötməsi 15 sentyabr 2015-ci il tarixində Bakıda imzalanmış “Azərbaycan Respublikası və Çex Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə”nin tətbiqinin mühüm göstəricisidir. Həmçinin Çexiya şirkətlərinin Azərbaycandakı sənaye, nəqliyyat, tikinti və ticarət sahələrində fəaliyyəti ölkəmizdəki əlverişli biznes mühitinə olan inamın nümunəsidir".
Deputat vurğulayıb ki, Azərbaycanın Avropa İttifaqı (Aİ) ölkələri ilə yaratdığı davamlı münasibətlərin əsasını qarşılıqlı ticarət dövriyyəsi təşkil edir:
“Azərbaycan Avropa İttifaqı, o cümlədən Çexiya üçün enerji təhlükəsizliyi sahəsində ən etibarlı tərəfdaşlardan biridir. Az ərbaycan qazının 16 ölkəyə, o cümlədən 10 Aİ üzvünə ixrac edilməsi dövlətimizin qlobal səviyyədə iqtisadi tərəfdaş kimi etibarını gücləndirir. Çexiya ilə enerji sahəsindəki əməkdaşlıq isə sadə ticarət əməliyyatı olmaqdan çıxaraq regional enerji təhlükəsizliyinin bir halqasına çevrilmişdir”.