SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
"Kənd təsərrüfatı sahəsində korrupsiya imkanları 0-a endirilib" - Plenar iclasda çıxış

Kənd təsərrüfatı sahəsində, xüsusilə subsidiyaların verilməsində korrupsiyanın qarşısının alınması və dövlət dəstəyinin fermerlər üçün əlçatanlığın təmin edilməsi məqsədilə Prezident İlham Əliyev tərəfindən müvafiq fərman imzalanıb. Daha sonra elektron kənd təsərrüfatı sistemi yaradılıb. Bununla da kənd təsərrüfatı ilə məşğul olan dövlət qurumları və fermerlər arasında korrupsiya imkanları 0-a endirilib.
Müvafiq təcrübə göstərir ki, bəzi hallarda fermerlər gübrə və pestisid satışını həyata keçirən şirkətlərlə cinayət əlaqəsinə girərək, həmin 75%-lik məbləğ olan fermer kartını heç bir məhsul almadan daha aşağı qiymətə həmin şirkətlərə satırdılar. Fermerləri bu cür əməllərdən çəkindirmək, kənd təsərrüfatı təyinatlı dövlət subsidiyasının məhz kənd təsərrüfatının inkişafına sərf edilməsində hüquq-mühafizə tədbirlərini təmin etmək üçün İnzibati Xətalar Məcəlləsinə yeni maddənin əlavə edilməsi təklif edilir.