SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
"Əziz xalqımız, tarixin reallıqlarını düzgün dərk etmək lazımdır." - plenar iclasda çıxış

Əziz xalqımız, tarixin reallıqlarını düzgün dərk etmək lazımdır. Etiraf etməliyik ki, 1918-ci ildə elan edilən müstəqillik, eyni zamanda 1991-ci ildə bərpa edilən müstəqillik o vaxtkı geosiyasi şəraitin, tarixi hadisələrin məntiqi nəticəsi idi və təəssüf ki, formal xarakter daşıyırdı. Məzmun baxımından Azərbaycanın müstəqilliyinin əsl bərpası 1990-cı ilin noyabrında, Naxçıvanda Ulu Öndər Heydər Əliyevin cəsarətli təşəbbüsü ilə başlandı. O, "Sovet Sosialist" sözlərini Naxçıvanın adından çıxararaq, üçrəngli bayrağımızı rəsmi dövlət bayrağı elan etdi. Bu addım yalnız dövlətçiliyin bərpası deyildi, həm də müstəqilliyimizin ideoloji təməlini möhkəmləndirən bir qəraridi.Ona görə də Ulu Öndər Heydər Əliyev təkcə müasir Azərbaycan dövlətinin qurucusu deyil, həm də əsl müstəqilliyimizin banisi olmuşdur.