SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
"Dövlət qulluğu haqqında" Qanuna dəyişikliklər plenar iclasda təqdim edilib

Milli Məclisin deputatı Kamal Cəfərov dövlət qulluğu haqqında Azərbaycan Respublikasının qanununa təklif edilən dəyişikliklər layihəsini Milli Məclisin plenar iclasında təqdim edib.
Qanun layihəsinin məqsədi dövlət qulluqçuların fəaliyyətinin düzgün qiymətləndirilməsi, onların potensialının inkişafı və səmərəli istifadəsidir.
K.Cəfərov qeyd edib ki: “Ümumilikdə bu layihə dövlət qulluğu və idarəetməsi sahəsində islahatların keyfiyyətcə yeni mərhələsi hesab edilə bilər. Bu qanunun qəbulu nəticəsində dövlət idarəetməsində, vəzifələrə kadr təyinatlarında şəffaflıq daha da güclənəcək və kadr potensialından həm idarəçilik həm də vətəndaşlara xidmət baxımından səmərəli istifadə təmin ediləcək.”