SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
"Cənab Prezident İlham Əliyevin 4-cü Şuşa Qlobal Media Forumunda çıxışının ən təsirli məqamı cəmiyyətimizə və gənclərimizə ünvanlanan fəlsəfi mesaj idi" - Kamal Cəfərov
Cənab Prezident İlham Əliyevin 4-cü Şuşa Qlobal Media Forumunda çıxışının ən təsirli məqamı cəmiyyətimizə və gənclərimizə ünvanlanan fəlsəfi mesaj idi. Cənab Prezident bildirdi ki, biz yalnız özümüzə və dövlətimizə güvənməliyik. Xalqımız həm işğalı, həm dağıntıları, həm də tarixi Zəfəri görüb. Buna görə də milli ləyaqət və milli kimlik hər şeydən üstün olmalıdır. Məğlub ola bilərsən, - indi olur belə hadisələr, - amma gərək heç vaxt əyilməyəsən, sınmayasan.