MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

"Azərbaycan və Latviya arasındakı strateji tərəfdaşlıq həm iqtisadi, həm də regional təhlükəsizlik baxımından yeni mərhələyə qədəm qoyur" – Kamal Cəfərov

21:37 24.04.2026



Prezident İlham Əliyevin 2026-cı il aprelin 22-də Latviya Prezidenti Edqars Rinkeviçsin Azərbaycana səfəri zamanı bəyan etdiyi fikirlər iki ölkə arasındakı münasibətlərin artıq ən yüksək səviyyəyə çatdığını bir daha təsdiqləyib. Doqquz il əvvəl imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə əlaqələrin güclü hüquqi çərçivəsini yaradıb. Prezident İlham Əliyev bu münasibətlərin mühüm hissəsinin liderlər arasındakı 20 ilə yaxın müddəti əhatə edən şəxsi tanışlıq və dostluq üzərində qurulduğunu da xüsusi vurğulayıb.

Milli Məclisin deputatı Kamal Cəfərov bildirib ki, bu səfər ölkələrimiz arasında ikitərəfli münasibətləri gücləndirir vəqarşılıqlı investisiyalar üçün yeni imkanlar açır:

Azərbaycan və Latviya arasındakı tərəfdaşlıq həm iqtisadi, həm də regional təhlükəsizlik baxımından yeni mərhələyə qədəm qoyur. Bakıda keçirilən biznes-forum və bir həftə əvvəl Şuşada Birgə Hökumətlərarası Komissiyanın iclasının keçirilməsi tərəfdaşlığın praktiki nəticələr əldə etməyə fokuslandığını göstərir. Həmçinindövlət və özəl investisiyanın tərəfdaşlıq prosesinə hazırolmasının ticarət dövriyyəsinin artırılmasında mühüm roluolacağı danılmazdır".

Deputat vurğulayıb ki, bugünkü ardıcıl, çoxtərəfli xarici siyasət xəttimiz AXC-Müsavat hakimiyyəti illərindəki sistemsiz diplomatik mənzərəylə müqayisə edilə bilməz:

O dövrün xarici siyasəti müəyyən olunmuş strateji plana əsaslanmırdı, sadəcə hər situasiyaya uyğun qeyri-müəyyən siyasət yürüdülürdü. Bu gün isə dövlətlərarası münasibətlərimiz ardıcıl və məqsədyönlü tərəfdaşlığı ehtiva edir”.

Sonda isə Kamal Cəfərov qeyd edib ki, bu gün Azərbaycan beynəlxalq arenada öz şərtlərini diktə edən və maraqlarını təmin edən güclü bir subyektdir.