SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
Vətəndaş müraciətləri ilə bağlı DSMF-nin Sabirabad rayon şöbəsi ziyarət edildi

Seçicilərlə görüşdə bir neçə məsələnin sosial müdafiə sahəsi ilə bağlı olduğunu nəzərə alıb qəbul məntəqəsindən birbaşa DSMF-nin Sabirabad rayon şöbəsinin müdiri Cavid Rəcəblinin yanına getdim.
Bəzi vətəndaşların bu sahədə imtiyazları ilə bağlı hüquqlarını yaxşı bilmədiyini, onları qısa müddət ərzində görüşməyi və qanunamüvafiq dəstək göstərməsini xahiş etdim.
Cavid bəy bu vəzifəyə yeni təyinat alıb, gənc olmasına baxmayaraq böyük təcrübəsi var. Müraciətlərə həssas yanaşması və çevik reaksiyasını da yüksək qiymətləndirirəm.