SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
Sabirabadlı uzman doktor Anar Əliyevlə görüş keçirdik

Bu gün Sabirabadlı uzman doktor Anar Əliyevlə görüşdüm. Anar Ankara Universitetinin Tibb fakültəsini bitirib, 20 ilə yaxın Türkiyədə oxuyub, işləyib və vətənə qayıdıb. Hazırda Bakı Sağlamlıq Mərkəzində uşaq ürək cərrahiyəsi şöbəsinin müdiridir.
Hesab edirəm ki, Anar hər bir Sabirabadlı gənc üçün uğur nümunəsidir. Anar 16 yaşında Sabirabaddan çıxıb, yaxşı təhsil alıb, öz üzərində çalışıb, bu gün də uşaq ürək cərrahiyəsi sahəsində Azərbaycanda ən peşəkar həkimlərdən biridir.
Anarla razılaşdıq ki, növbəti dəfə Sabirabadlı gənclərlə görüşüb, onun uğur hekayəsini paylaşaq və gənclərə motivasiya verək.