MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Qərbi Azərbaycan İcmasının xüsusi nümayəndəsi qismində BMT-də bir sıra mühüm görüşlər keçirildi

18:39 06.10.2023



Qərbi Azərbaycan İcmasının xüsusi nümayəndəsi qismində Cenevrədə BMT-nin insan hüquqları və qaçqınlar üzrə məsul təsisatlarında bir sıra mühüm görüşlər keçirdim.
 
İlkin olaraq, BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsində Ermənistanın dövri hesabatının təqdimatı sessiyasında iştirak edərək İcmanın alternativ hesabatını təqdim etdim. 
 
Səfər çərçivəsində BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) İcraiyyə Komitəsinin, BMT-nin İnsan hüquqları üzrə Ali Komissarlığının və “Cenevrə Geostrateji Observatoriyası” təşkilatının məsul şəxsləri ilə görüşlər keçirdim.
 
Görüşlərdə Ermənistandan azərbaycanlıların qovulması barədə məlumat verərək onların beynəlxalq hüquq norma və prinsiplərinə uyğun olaraq geri qayıdış hüquqlarının təmin edilməsinin zəruriliyindən danışdım.
İcmanın repatriasiya və reinteqrasiya məqsədləri olduğunu, bu sahədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ilə əməkdaşlığın əhəmiyyətinin Qayıdış Konsepsiyasında da vurğulandığını bildirdim. UNHCR-ın İcma ilə əməkdaşlığa başlanması, Bakı ofisi ilə həyata keçirilən təmasları xatırladaraq bu əməkdaşlığın davam etməsindən məmnunluq duyulduğunu dedim.
 
Eyni zamanda BMT-nin İnsan hüquqları üzrə Ali Komissarlığını Ermənsitandan qovulmuş azərbaycanlıların hüquqları ilə yaxından məşğul olmağa çağırdım.