SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
Qaraqaşlı kənd sakinləri ilə görüş keçirildi

Əziz Sabirabadlılar,
Qaraqaşlı kəndinin sakinləri ilə görüşümüz oldu. Görüşdə onları narahat edən məsələləri qeydə aldım və həlli istiqamətində fəaliyyətimizə başladıq.
Qaraqaşlı kəndinin əsas problemləri aşağıdakılardır:
Kənddə internet xətti olmadığından kənd camaatı mobil internetdən istifadə edir. Kəndə internet xəttinin çəkilməsini ya da kənd camaatı üçün sərfəli internet paketlərinin yaradılması təklif edildi. Bu məsələ ilə əlaqədar olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirinə deputat sorğusu göndərdim. Bu problem 12 kəndin problemi olduğundan yaxın zamanlarda təzə nazirlə görüşməyi planlaşdırıram.
Kənddə 1-ci Qarabağ müharibəsi şəhidi Əsədov Müsalib üçün abidənin hazırlanması xahiş edildi. Bu məsələ ilə əlaqədar olaraq rayon icra hakimiyyətinə və bələdiyyə sədrinə məlumat vermişəm.
Kənddəki elektrik xətləri köhnəlib. Bununla əlaqədar olaraq, “Azərişıq” ASC-yə deputat sorğusu göndərdim, qurumun sədrindən məsələni nəzarətə götürməsini və Milli Məclisə məlumat verməsini xahiş etdim.
Quruzma-Qaraqaşlı-Abdulabad yolunun təmiri ilə əlaqədar olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə şifahi məlumat verdim.
Yola davam!