MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Milli Olimpiya Komitəsinin Baş katibi Azər Əliyev #SabirArt layihəsinin iştirakçıları ilə görüşdü

13:33 02.07.2022



Bizim təşəbbüsümüz və "PAŞA Holdinq" MMC-nin dəstəyi ilə keçirilən "AXIN" #SabirArt layihəsinin iştirakçıları "Milli Olimpiya Komitəsinin 30 illiyi ilə əlaqədar Ağır atletika üzrə Kubok" yarışında etüd keçiriblər.
#SabirArt layihəsinin rəssamları ağır atletika üzrə yarışmada iştirak edən idmançıların həyəcanını və yarış prosesini impressionizm üslubunda təsvir etmək üçün etüd ediblər.
Milli Olimpiya Komitəsinin Baş katibi Azər Əliyev də #SabirArt layihəsinin iştirakçıları ilə görüşüb və onların fəaliyyətində uğurlar arzu edib.