SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
Həmkarım Bəhruz Məhərrəmov ilə Biləsuvar rayonunda vətəndaş qəbulu keçirildi

Deputat Bəhruz Məhərrəmov: "Biləsuvara səfərimiz çərçivəsində görüş üçün müraciət edən bir neçə vətəndaşın qəbulunu deputat həmkarım Kamal Jafarov - Kamal Cəfərov -la birgə həyata keçirdik. Fərqli dairələri təmsil etməyimizə baxmayaraq, amalımız vahid olduğu üçün vətəndaşlara eyni zamanda iki deputatın birlikdə xidmət təşəbbüsü insanlarda məmnunluq yaratdı. Ona görə də qərara gəldik ki, həm Biləsuvarda, həm də Sabirabadda zamanla bu müsbət təcrübəyə təkrar-təkrar müraciət edək. Yola çıxmaq üçün əlverişsiz hava şəraitinə baxmayaraq, dəvətimi qəbul etdiyinə, habelə, göstərdiyi həmrəyliyə, mənəvi dəstəyə görə əziz qardaşım Kamala özümün və seçicilərim adından təşəkkür edir, Onu hər zaman yenidən Biləsuvarda görməyə şad olacağımızı bildirmək istəyirəm."