MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

ELSA Azərbaycan təşkilatının yeni idarə heyətinin üzvləri ilə Milli Məclisdə görüş keçirildi

17:37 16.09.2020



Bu gün Milli Məclisdə ELSA Azərbaycan təşkilatının yeni idarə heyətinin üzvləri ilə görüş keçirdim. Məqsədim onları tanımaq və ELSA Azərbaycan-da fəaliyyətim zamanı təcrübəm barədə məlumat vermək idi. Hesab edirəm ki, onlar öz vəzifələrinin öhdəsindən layiqincə gələcəklər, hüquqşünas tələbələrin bilik və bacarıqlarının inkişafı istiqamətində məsuliyyətlə çalışacaqlar.
Onların şəxsi inkişafı ilə bağlı tövsiyə etdim ki, tələbəlik illəri zamanı əlavə dil öyrənsinlər, idmanla məşğul olsunlar. Edx, Coursera, Udemy kimi ödənişsiz onlayn proqramlar vasitəsilə yeni biliklər əldə etsinlər.
Dövlət və özəl qurumlarda təcrübə qazansınlar, aktiv könüllülük fəaliyyəti ilə məşğul olsunlar. Ən əsası sevdikləri işi, fəaliyyət növünü tapsınlar, səhv etməkdən qorxmasınlar, çünki o da bir təcrübədir. Vacib olan eyni səhvi təkrarlamamaqdır.
Qeyd edim ki, ELSA Azərbaycan özündə vətənpərvər, dövlətin siyasətinə sadiq, intellektual səviyyəli, fəal gənc hüquqşünasları birləşdirir, onların ölkəmizə və cəmiyyətimizə fayda vermələri üçün imkanlar yaradır.