SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
DSMF-nin Sabirbabad rayon şöbəsində görüş keçirildi

Vətəndaş qəbulu günü bəzi müraciətlərin sosial müavinətlər və əmək pensiyaların təyinatı ilə bağlı olduğunu görüb bir neçə vətəndaşla birgə DSMF-nin Sabirabad rayon şöbəsinə getdik.
Təsadüfən həmin gün DSMF-nin mərkəzi aparatının əməkdaşı Elşad müəllim də növbədənkənar yoxlanış üçün şöbədə idi.
Vətəndaşları narahat edən problemləri DSMF-nin Sabirabad şöbəsinin rəisi Kamal müəllimə çatdırdıq. Bəzi məsələlər yerindəcə həll olundu. Bəziləri isə icraata götürüldü.
Qeyd etməliyəm ki, DSMF-nin Sabirabad şöbəsinin rəisi Kamal Türkiyədə təhsil alıb, bundan öncə Saatlı rayonunda işləyib. 4 aya yaxındır ki, Sabirabad şöbəsinə təyinat alıb.
Onunla birlikdə sosial müavinətlər sahəsində sistem xarakterli problemləri və onların səbəblərini müzakirə etdik. Növbəti paylaşımda bu barədə ətraflı yazacam.