SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
Deputatlar Anatoliy Rafailov, Sevinc Fətəliyeva və Nigar Arpadarai ilə birgə Belçika Federal Parlamentinin Nümayəndələr Palatasının üzvü Mixael Frelix ilə görüş keçirildi

Həmkarlarım Anatoliy Rafailov, Sevinc Fətəliyeva və Nigar Arpadarai ilə birgə Belçika Federal Parlamentinin Nümayəndələr Palatasının üzvü Mixael Frelix ilə görüşdük.
Belçika Federal Parlamentinin deputatı Mixael Frelix özünün yəhudi olduğunu və Azərbaycanda yəhudi deputatın da təmsil olunduğu parlament heyəti ilə görüşündən məmnunluq duyduğunu ifadə edib. Onun fikrincə, bu, bütün dinlərə yüksək səviyyədə hörmət olunan açıq və tolerant cəmiyyətin bariz nümunəsidir. Söhbətdə qonaq enerji, ticarət və multikulturalizm sahələri də daxil olmaqla, qarşılıqlı və ümumi maraqlara əsaslanan ikitərəfli əlaqələri gücləndirməyə çağırıb.