MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Böyük Britaniya səfərinin yekunları barədə

19:03 30.03.2023



Əziz dostlar, AŞPA-nın məruzəçisi kimi Londonda missiyamız başa çatdı. Bu səfərimizin əsas məqsədi Böyük Britaniya Hökuməti tərəfindən irəli sürülmüş iki yeni qanun layihəsinin - insan hüquqları və qanunsuz miqrasiya ilə bağlı qanun layihələrinin beynəlxalq standartlara və öhdəliklərə uyğunluğu araşdırmaq idi.
 
Ümumilikdə 12 görüş keçirdik və hesab edirəm ki, hər bir faydalı və məhsuldar oldu.
 
Bu missiyanın təşkilinə görə AŞPA-nın Hüquq Komitəsinə, görüşlərə və yüksək qonaqpərvərliyə görə də Böyük Britaniya Hökumətinə və Parlamentinə təşəkkür edirəm.