MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Avropa Şurasının İnsan hüquqları üzrə komissarı Dunya Miyatoviclə Qərbi Azərbaycan İcmasında görüş keçirildi

14:51 23.10.2023



 
Avropa Şurasının İnsan hüquqları üzrə komissarı Dunya Miyatoviclə Qərbi Azərbaycan İcmasında görüşdük. Ona İcma tərəfindən hazırlanan "Qayıdış" konsepsiyası haqqında geniş məlumat verdik.
 
Eyni zamanda Ermənistandan zorla qovulmuş azərbaycanlıların qayıdış hüququn bərpası və bu məsələdə beynəlxalq təşkilatların təxirəsalınmaz zəruri müdaxiləsinin vacibliyini bildirdik. Eyni zamanda xanım Miyayovici  fundamental hüquqlarımızın icrası ilə əlaqədar Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmasına dəstək verməyə, o cümlədən baş vermiş pozuntularla bağlı qərəzsiz araşdırma aparmağa, Ermənistana tematik səfərlər təşkil etməyə və bu dövlətə təzyiq göstərməyə çağırdıq.
 
Daha sonra Miyatovic Ermənistandan olan bir qrup azərbaycanlı qaçqın ilə görüş keçirib. Qaçqınlar Ermənistandan zorla çıxarılma ilə bağlı xatirələrini bölüşüb, orada azərbaycanlılara məxsus qəbiristanlıqların, tarixi abidələrin dağıdılması, deportasiya zamanı 200-dən artıq azərbaycanlının öldürülməsi kimi faktları diqqətə çatdırıblar.