MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

AŞPA nümayəndə heyətinin növbəti görüşü Ədliyyə nazirinin müavini Azər Cəfərovla keçirildi

20:49 23.11.2022



AŞPA nümayəndə heyətinin növbəti görüşü Ədliyyə nazirinin müavini Azər Cəfərovla keçirildi. Görüşdə bildirildi ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqinə daim xüsusi önəm verilir, bu məqsədlə Ədliyyə Akademiyasında təlimçilər hazırlanıb, çoxsaylı treninqlər keçirilib, hakimliyə namizədlərin Avropa Məhkəməsinə təlim səfərləri təşkil edilib, davamlı olaraq bir nəfər azərbaycanlı hakim həmin Məhkəməyə ezam olunur.