MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

AŞPA-da “Vaksin diskriminasıyasının qarşısının alınması” adlı məruzənin müzakirəsi keçirildi

11:45 15.10.2022



AŞPA-da “Vaksin diskriminasıyasının qarşısının alınması” adlı məruzənin müzakirəsi zamanı Avropa Konservativləri siyasi partiyasının adından çıxış etdim.
 
Bildirdim ki, Dünya Səhiyyə Təşkilatının məlumatına əsasən, dünyada mövcud olan vaksinlərin 80 faizi G20 ölkləri tərəfində əldə edilib və yalnız 0.6 faizi aşağı gəlirli ölkələrə çatıb. Buna görə də yüksək gəlirli ölkələrin vaksinasiya faizi 80 faiz olsa da, bu göstərici aşağı gəlirli ölkələrdə 10 faizdən azdır. “Medsan San Fğontieğ” təşkilatının hesablamalarına görə, vaksinlər bərabər və ədalətli paylansaydı, mövcud senariyo ilə müqayisədə 2022-ci ilin ortalarına qədər bir milyon ölümün qarşısı alına bilərdi.
 
Eyni zamanda qeyd etdim ki, Azərbaycan bu sahədə aşağı gəlirli ölkələri dəstəkləyən ilk ölkələrdən biri olub. Azərbaycan 80-dən çox ölkəyə maliyyə və humanitar yardım göstərib. Biz ÜST-ə 10 milyon dollar ianə etmişik, hansı ki onun yarısı birbaşa olaraq Qoşulmama Hərəkatının üzvləri olan aşaəı gəlirli ölklərə gedib.
 
Azərbaycan bu məsələni qlobal miqyasda da qaldırıb və vaksin ayrı-seçkiliyinə qarşı mübarizəmiz BMT tərəfindən də dəstəklənib. Məsələn, Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi pandemiyanın aradan qaldırılmasında qlobal həmrəyliyin və çoxtərəfli əməkdaşlığın vacibliyini vurğulamaq üçün BMT Baş Assambleyasının peyvənd ayrı-seçkiliyinin qarşısının alınması üzrə xüsusi sessiyasının təşəbbüskarı olmuşdur.
 
Bundan sonra 2021-ci il dekabrın 16-da BMT-yə üzv dövlətlər bu məsələ ilə bağlı Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatının irəli sürdüyü qətnamə qəbul ediblər.