MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

2-ci Dünya müharibəsi veteranı Zülfəli Əliyevin qızı Əzizbəyim xanım və 80 yaşlı Adilə xanımın katarakt əməliyyatları Dünya Göz xəstəxanasının peşəkar həkimləri tərəfindən uğurla həyata keçirildi

09:00 05.11.2021



Zəfər günü ilə bağlı xeyirxah insanların dəstəyi ilə DünyaGöz xəstəxanasında göz əməliyyatlarımız uğurla davam edir. 2-ci Dünya müharibəsi veteranı Zülfəli Əliyevin qızı Əzizbəyim xanım və 80 yaşlı Adilə xanımın katarakt əməliyyatları Dünya Göz xəstəxanasının peşəkar həkimləri tərəfindən uğurla həyata keçirildi. Çox sevincliyik ki, Adilə xanım nəvələrini daha yaxşı görə biləcək.
Göstərdikləri yüksək qayğı və diqqətə görə Dünya Göz xəstəxanasının bütün əməkdaşlarına təşəkkür edirəm.
Əməliyyatlar davam edəcək.