MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

"Şuşa Bəyannaməsi Türk dövlətləri arasında əməkdaşlığın yeni modelini yaradıb" - siyasi şərh

00:30 11.11.2022



2022-ci ildə Azərbaycanın türk dövlətləri ilə ticarət dövriyyəsi 50 faiz artıb.
2-ci Qarabağ müharibəsinin nəticələri təkcə Qafqaz regionunda deyil, türk dünyasında yeni reallıq yaratdı. Azərbaycanın ərazi bütövlüyünü yenidən təmin etməsi türk dünyasının birliyini və inkişafını şərtləndirib.
Belə ki, Azərbaycan və Türkiyə respublikaları arasında imzalan və eyni zamanda hər iki qardaş ölkənin Milli Məclisi tərəfindən ratifikasiya edilən Şuşa bəyannaməsi iki dövlət arasında olan strateji müttəfiqlik münasibətlərindən də irəli geosiyasi sənəddir. Şuşa bəyannaməsi türk dövlətləri arasında olan münasibətlərin yeni modelini təqdim edib.
Şuşa bəyannaməsi bütün türk dünyası üçün yeni bir mərhələnin başlanğıcıdır. Bəyannamədəki türk dünyansına istinadlar təsadüfi deyil. Şuşa bəyannaməsindən sonra Türk dilli dövlətlərinin adının dəyişdirilməsi də təsadüfi və texniki məsələ deyil.  
Yeni adıyla Türk dövlətləri təşkilatının məqsədi nə yayılmaq nə də imperyalizmdir. Türk dövlətləri təşkilatının məqsədi Qafqazda, Orta Asiyada, Balkanlarda 4.5 milyon kvadrat kilometrdə, 170 milyon əhalinin yaşadığı, 600 milyard dollar dövriyənin olduğu coğrafiyada üzv dövlətlərinin rifah boşluğunun aradan qaldırılması və bu dövriyyənin 2 qatına çıxarılmasıdır.  
Azərbaycan və türk dövlətləri əməkdaşlığın yeni səviyyəyə çatdırılması missiyasını isə ən uğurla keçirən lider Azərbaycan Prezidenti İlham Əliyevdir.
Məhz bu müstəsna fəaliyyətinə görə 2021-ci ilin 12 noyabr tarixində Cənab Prezident İlham Əliyevə Türk Dünyasının Ali Ordeni təqdim edildi. Bu ordeni də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev imzalayıblar.
 
 
 
 
Məqaləni dərc edən xəbər saytları: