MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Şuşa – azadlığın, mədəniyyətin və milli həmrəyliyin rəmzi

19:24 08.11.2025



Prezident İlham Əliyevin rəhbərliyi ilə Şuşanın azad olunması və bərpası Azərbaycan xalqının iradəsinin, milli həmrəyliyinin və dövlətçilik əzminin parlaq təzahürüdür.

“Cənab Prezidentin dediyi kimi, “Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq.” Bu ifadə bir millətin azadlıq ruhunu və liderinin qətiyyətini özündə birləşdirir,” – deyə Kamal Cəfərov qeyd edib.

Deputat vurğulayıb ki, Şuşa bu gün yalnız Azərbaycanın deyil, bütün Türk və İslam dünyasının mədəniyyət paytaxtıdır:

“Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Şuşa azadlıqdan sonra qısa müddətdə dirçəlişin, mədəniyyətin və həmrəyliyin mərkəzinə çevrilib. Bu gün Şuşa Türk dünyasının və İslam aləminin mədəniyyət paytaxtı, yaxın illərdə isə İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı kimi beynəlxalq səviyyədə tanınır. Bu, Azərbaycanın dünyada mədəni diplomatiya sahəsində nüfuzunun göstəricisidir.”

Kamal Cəfərov əlavə edib ki, “Şuşa şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” Azərbaycanın şəhərsalma tarixində strateji mərhələdir:

“Prezidentin təşəbbüsü ilə həyata keçirilən bu layihə Şuşanın həm tarixi simasını qoruyur, həm də onu müasir, yaşıl və ağıllı şəhərə çevirir. Bu elə bir inkişaf modelidir ki, Şuşa gələcək nəsillərə həm tarix, həm də müasirlik dərsi verəcək.”

Deputat həmçinin bildirib ki, Şuşa Zəfəri xalqın lideri ətrafında birliyinin simvoluna çevrilib:
“Cənab Prezidentin sözləri ilə desək, “Bu yumruq birliyimizin rəmzidir. Bu birlik əbədi olacaq!” Şuşa bu gün azadlığın, mədəniyyətin və milli həmrəyliyin rəmzidir.”