SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi ilə dövlət qurumlarının rəhbər şəxsləri üçün Stanford Universiteti tərəfindən "AI Leadership" proqramı keçirildi
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi ilə dövlət qurumlarının rəhbər şəxsləri üçün Stanford Universiteti tərəfindən keçirilən "AI Leadership" proqramını bitirdim.
“Stanford Engineering Center for Global & Online Education” tərəfindən həyata keçirilən və iki gün davam edən təlimin məqsədi dövlət idarəçiliyində süni intellekt texnologiyalarının tətbiqi üzrə strateji biliklərin artırılması, məlumat yönümlü qərarvermə praktikasının gücləndirilməsi və ölkənin innovasiya ekosisteminin inkişafına institusional dəstəyin genişləndirilməsi idi.
Təlim müddətində süni intellektin idarəetmə proseslərində rolu, tətbiq sahələri, potensial transformasiya imkanları və risklərin idarə olunması ilə bağlı qabaqcıl beynəlxalq yanaşmalarla tanış olduq.