MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Executive AI Strategy Club-u tərəfindən qapalı sessiya təşkil edildi

13:51 02.06.2026



Dünən Executive AI Strategy Club-un təsisçisi Kamran Ağayev tərəfindən təşkil olunan qapalı sessiyada iştirak etdim.
 
Tədbirin əsas məqsədi rəhbər şəxslərin süni intellekt sahəsində strateji baxışlarının formalaşdırılması, təşkilatlarda AI transformasiyasının düzgün idarə olunması, beynəlxalq təcrübələrin paylaşılması və süni intellekt təşəbbüslərinin praktik tətbiq imkanlarının müzakirəsi oldu.
 
Tədbirin beynəlxalq qonaqlarından biri, Oxford Universitetinin İqtisadiyyat üzrə lektoru Dr. Mehman İsmayıllı süni intellektin inkişafına təsir edən iqtisadi və qeyri-iqtisadi amillər mövzusunda çıxış etdi.
 
Sessiyanın digər beynəlxalq spikeri, IBM ekosisteminin AI Arxitektoru Dr. Osman Ersoy müəssisələrdə effektiv AI transformasiyasının qurulması mövzusunda çıxış etdi.