SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
“Prezidentin mesajları dövlət idarəçiliyində yeni dövrün başlanğıcıdır” - Kamal Cəfərov
Prezident İlham Əliyevin son təyinatlarla bağlı çıxışı dövlət idarəçiliyinin gələcək istiqamətlərini müəyyən edən strateji mesajlarla zəngindir və bu çıxış Azərbaycan məmur sistemində yeni mərhələnin əsasını qoyur. Cənab Prezidentin “xalqa xidmət etmək, xalqla bir yerdə olmaq” kimi çağırışları Konstitusiyamızda təsbit olunmuş dövlətçilik prinsiplərinin bugünədək ən praktik və qətiyyətli tətbiqidir.
Kamal Cəfərov bildirmişdir ki, dövlət başçısının korrupsiya və rüşvətxorluğa qarşı sərt mövqeyi cəmiyyətə aydın mesajdır: heç bir qanunsuzluq nəticəsiz qalmayacaq. Bu siyasət mərkəzi icra hakimiyyəti orqanlarından tutmuş yerli qurumlara qədər bütün idarəetmə pillələrində sağlamlaşdırma prosesinin dərinləşdiyini göstərir və dövlətə olan etimadı daha da möhkəmləndirir.
Deputat vurğulamışdır ki, Prezident İlham Əliyevin bölgələrin inkişafı ilə bağlı xüsusi tapşırıqları - infrastrukturun yenilənməsi, içməli su və enerji təchizatının yaxşılaşdırılması, yol şəbəkəsinin müasirləşdirilməsi, sosial obyektlərin tikintisi, sahibkarlığın dəstəklənməsi və məşğulluq imkanlarının genişləndirilməsim - regionlarda həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yüksəldir. Onun fikrincə, bu siyasət həm iqtisadi fəallığı artırır, həm də sosial ədaləti təmin edir.
Həmçinin qeyd edilməlidir ki, Prezidentin ekoloji təhlükəsizliklə bağlı çağırışları Azərbaycanın gələcək nəsillər qarşısında daşıdığı məsuliyyətin ifadəsidir. Qanunsuz tikinti, çay məcralarının dəyişdirilməsi və ətraf mühitə zərər vuran fəaliyyətlərə qarşı dövlət başçısının nümayiş etdirdiyi sıfır tolerantlıq ekoloji sabitliyin inkişaf modelinin ayrılmaz hissəsinə çevrildiyini göstərir.
Deputat sonda bildirmişdir ki, Prezident İlham Əliyevin çıxışı dövlət idarəçiliyində şəffaflıq, məsuliyyət və ədalət prinsiplərinin möhkəmləndirilməsi baxımından yol xəritəsi rolunu oynayır. Onun sözlərinə görə, bu siyasi xətt ölkəmizin qarşıdakı illərdə daha güclü, dayanıqlı və yüksək idarəçilik standartlarına əsaslanan bir mərhələyə qədəm qoyacağını təsdiqləyir.