SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
“Korrupsiyanın qarşısının alınmasında Azərbaycan modeli” mövzusunda mühazirə keçirilib
Azərbaycan Respublikasının Prokurorluq orqanlarına 2025-ci ildə qulluğa qəbul olunmaq üçün müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlər üçün təşkil olunmuş icbari təlim çərçivəsində “Korrupsiyanın qarşısının alınmasında Azərbaycan modeli” mövzusunda mühazirə keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamal Cəfərov çıxış edərək ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən institusional islahatlar, normativ-hüquqi baza, şəffaflıq və hesabatlılıq mexanizmləri, habelə bu sahədə əldə olunmuş nailiyyətlər barədə ətraflı məlumat verib.
Çıxış zamanı gənc prokuror namizədlərinin korrupsiyaya qarşı mübarizədə hüquqi biliklərinin və peşəkar məsuliyyətinin artırılmasının əhəmiyyəti vurğulanıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.