SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
Azərbaycanın təhlükəsizlik hüququ və adekvat cavab tədbirləri
Deputat Kamal Cəfərovun fikrincə, Naxçıvan istiqamətində həyata keçirilmiş dron hücumu həm Azərbaycan ərazisinə qarşı təxribat, həm də mülki əhalinin təhlükəsizliyinə yönəlmiş təhlükəli addımdır. Mülki infrastruktura qarşı belə hücumların təşkil edilməsi beynəlxalq hüquq baxımından qəbuledilməz olmaqla yanaşı, terror xarakterli fəaliyyət kimi qiymətləndirilə bilər. Bu cür addımlar regionda etimad mühitini zədələyir və dövlətlərarası münasibətləri daha da gərginləşdirir.
Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan dövləti hər zaman sülh və sabitlik tərəfdarı kimi çıxış edib. Azərbaycan Prezidenti İlham Əliyevin İranın Ali Liderinin ölümü ilə bağlı dərhal başsağlığı verməsi və səfirliyi ziyarət etməsi də bunun bariz nümunəsidir. Deputat qeyd etmişdir ki, Azərbaycan diplomatik münasibətlərdə riyakarlıqdan uzaq olub, hətta çətin məqamlarda belə qonşu ölkələrə humanitar və siyasi dəstək göstərməyə hazır olduğunu nümayiş etdirib. Buna baxmayaraq, belə hücumlar dövlətlərarası etimad prinsiplərinə zərbə vurur.
Azərbaycan Respublikasının beynəlxalq hüquqa uyğun olaraq öz təhlükəsizliyini qorumaq və bu kimi hücumlara adekvat cavab vermək hüququ vardır. Dövlətimiz öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək əzmindədir və belə təxribatların cavabsız qalmayacağı barədə mövqeyini açıq şəkildə ortaya qoyur.